Cəmiyyət

Məzarlıqda yanan işıq- Leyla Yaşar

Məzarlıqda yanan işıq…

Evinə dogru yol almışdı . Hava qaralmaga dogru gedirdi .Günəş çoxdan öz məkanına çəkilmişdi. Ay taxtına çıxıb yer üzünü nuruyla işıqlandırmaga hazırlaşırdı. Çox yorulmuşdu bu gün .Gecə yuxuda rəhmətlik atasını görmüşdü.Qarmaqarışıq yuxu idi.Yadında qalan atası ,bir də şam idi. Gecə yuxudan qorxub ayılmışdı.Sonra nə qədər etsə də yata bilməmişdi. Başı yaman bərk agrıyırdı.Yuxunun mənasını nə qədər etsə də yoza bilmirdi.İşdə agsaqqalları Rəcəb dayıdan soruşmuşdu.Rəcəb dayının cavabı onu bir az sakitləşdirmişdi. -Xeyirli yuxudu ,bala. Amma içində bir sual var idi. Atası və şam bunları nə birləşdirir görəsən? Evə yolu çox uzaq idi.Hərdən yolun qısaltmaq üçün məzarlıq tərəfdən gedərdi. Özünə təsəlli verə – verə keçərdi məzarlıqdan -Ölülər diriyə heç nə etməz – deyə. Bu gün də yolunu qısaltmaq qərarı almışdı. Məzarlıgın çox qədim və maraqlı tarixi var idi. Deyilənə görə burda şəhidlər dəfn edilmişdi. Bir çox,şəhidin məzar daşı yox idi .Adları yazılmamışdı.Bunu onunla əlaqələndiridilər ki ,mənfur düşmənlər bu qoçaq igidlərimizin məzarlarını tapıb dagıtmasınlar. Yagı düşmənə qan udduran igidlər haqqında , yaşlı nəsil dastan edib danışardılar. O da atasından eşitmişdi bütün bunları . Nədən xatırladı gecə – gecə bunları? Məzarlıqdan keçəcəkdi axı? Məzarlıga az qalmış gözünə uzaqdan bir işıltı dəydi.İstədi geri qayıtsın. Yolu yarı etmişdi.Arxada itlər hürüşürdü.Vahimə basdı onu. Yavaş – yavaş yoluna davam etdi.Bir tərəfdə qorxu ,bir tərəfdə maraq onun əlindən tutub məzarlıgın ortasına gətirdi.Gecənin zülmətində bura necə gəldiyini anlaya bilmədi.Sanki hansısa sehirli qüvvə ona güc verirdi. İşıq gələn məzara yaxınlaşdı.Yaxınlaşana kimi xəyalından min cür fikir keçdi.Bəlkə ot alışıb ,bəlkə ayın işigı nəyinsə üzərində bərq vurur, hardasa oxumuşdu bəzi falçılar məzatlıqda şam yandırır,bəlkə onlardı? Yuxu yadına düşdü. Ürəyində səksəkə məzara yaxınlaşdı. Qaranlıq, səssizlik, hərdən gələn çaqqlların ulaşması ,ən əsası ölülərin məkanı. Az qaldı ürəyi dayansın.Ətrafa baxdı.Heç kim yoxdu. Qorxa – qorxa məzara yaxınlaşdı. Kənara çəkildi , yıxılmaqdan özünü güclə saxladı.Özünü topalayıb ,gözlərini ovxalayıb bir də baxdı. Məzardan səs gəlməyə başladı: – Ey ,bəni insan qorxma .. – Sən kimsən? – Tanımarsan. – Bu işıq nədi? – Sənə bir söz deyəcəm.Xahiş edirəm anama çatdır. – Mən ananı tanımıram axı. – Bax,mən şəhidəm. – Şəhid???? – Bəli. Səssizlik hökm sürdü. Artıq ürəklənmişdi.Məzardan gül qoxusu gəlməyə başladı.Ətraf işıqlanmaga başladı. – Anama denən aglamasın.Mən cənnətdəyəm.Üzülməsin.Mən rahatam..Mən sagam. Məkanım cənnətdi .Adımla fəxr etsin.Şəhid anası oldugu üçün. – Atama denən belini əyməsin.Vüqarlı olsun! Şəhid atası oldugu üçün. – Bacıma denən başını dik tutsun.Şəhid bacısl oldugu üçün. – Mən onları tanımıram axı ? – Sən onları tanıyırsan . Bütün şəhidlər deyir bunu … Ətrafa baxdı.Heç kim yox idi.işıq çəkililıb getmişdi.Yuxusunun mənasını indi anladı….

Comment here