ManşetMANŞETÜSTÜ

Mərkəzi Neftçilər Xəstəxanasının rəhbəri işdən çıxarılıb? – Açıqlama

Mərkəzi Neftçilər Xəstəxanasının rəhbəri işdən çıxarılıb? – Açıqlama

Mərkəzi Neftçilər Xəstəxanasının rəhbəri işdən çıxarılıb? - AçıqlamaMərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyovanın tutduğu vəzifədən azad edilməsi ilə bağlı yerli mətbuatda məlumat yayılıb.

Mərkəzi Neftçilər Xəstəxanasının rəhbəri işdən çıxarılıb? - AçıqlamaSonxeber.az məsələ ilə bağlı Səhiyyə nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Sonxeber.az -a açıqlamasında bildirib ki, Leyla Seyidbəyovanın işdən azad edilməsi barədə əmr verilməyib.

Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyovanın vəzifəsindən işdən çıxması ilə bağlı bizdə məlumat yoxdur. Bu barədə məlumat olan kimi açıqlama veriləcək”.

Qeyd edək ki, Leyla Seyidbəyovanın öz ərizəsi ilə işdən ayrıldığı bildirilib.

Hələlik onun yerinə təyinat olmayıb.

Bildirək ki, Leyla Seyidbəyova tibb elmləri üzrə fəlsəfə doktorudur, o, əvvəllər Bakı şəhəri Baş Səhiyyə İdarəsinin rəisi vəzifəsində çalışıb.

Aysel Kərimova

Comment here