ManşetMANŞETÜSTÜ

Mərhum nazirin oğlundan villanın sökülməsi xəbərinə – Reaksiya

Mərhum nazirin oğlundan villanın sökülməsi xəbərinə – Reaksiya

Mərhum nazirin oğlundan villanın sökülməsi xəbərinə - ReaksiyaBu gün Unikal.org saytına istinadən bir çox mətbuat orqanları, eləcə də “Qafqazinfo” xəbər portalı mərhum nazir Natiq Əliyevə məxsus Teymur Əliyev küçəsindəki villanın satılması və onun sökülərək yerində otel tikilməsi ilə bağlı məlumat yaymışdı.

Xəbərlə bağlı “Qafqazinfo” ilə əlaqə saxlayan N. Əliyevin oğu Fərhad Əliyev yayılan məlumatlardan böyük təəssüf hissi keçirdiyini bidirib.

O, həmin ünvanda həqiqətən də atasına aid evin olduğunu təsdiqləyərək orada anasının yaşadığını söyləyib.

Lakin F. Əliyev bu evin satılması ilə bağlı xəbərin yalan olduğunu, atasının ilinə hazırlaşdıqları bir zamanda belə bir informasiyanın yayılmasından böyük məyusluq hissi keçirdiyini qeyd edib.

Sabiq nazirin oğlu mətbuatdan əvvəllər olduğu kimi, bundan sonra da atası ilə bağlı mövzularda həssas davranmağı xahiş edib.

Comment here