Dünya

Mənfidən BƏƏ-yə kritik səfər: Liviya böhranı…

Liviya Prezident Şurasının sədri Məhəmməd əl-Mənfi Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib.

Huquqaz.com xəbər verir ki, səfər çərçivəsində Məhəmməd əl-Mənfi BƏƏ-nin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed ən-Nəhyanla görüşüb.

Görüşdə iki ölkə arasındakı münasibətlər, Liviyanın siyasətindəki son proseslər və bu sahədə irəliləyişlərin əldə olunması üçün sərf edilən əməklər müzakirə edilib.

BƏƏ şahzadəsi ölkəsinin Liviyaya hər cür dəstək verməyə və əməkdaşlığa hazır olduqlarını deyib.

Mənfi də BƏƏ ilə Liviya arasındakı dərin əlaqələrə toxunaraq, bu münasibətlərin iki ölkənin maraqları naminə inkişaf etdirilməsinin vacib olduğunu bildirib.

Görüş zamanı tərəflər Liviyada sülh və sabitliyin bərqərar olması, eyni zamanda ərazi bütövlüyünün qorunması üçün həyata keçirilən səylərin koordinasiyasının vacibliyini vurğulayıblar.

Comment here