DünyaMANŞETÜSTÜ

“Mən türkəm, amma irqçi deyiləm” – Ərdoğan

“Mən türkəm, amma irqçi deyiləm” – Ərdoğan

“Mən türkəm, amma irqçi deyiləm” – Ərdoğan

“Mən türkəm, amma irqçi deyiləm. O başqa bir şey, bu başqa bir şeydir. İrqçilik bizim dinimizdə qadağan olunmuşdur.”

Fakttv.com Avropa.info -a istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan partiyasının qrup toplantısında deyib. Ərdoğan MHP ilə bəzi məsələlərdə fikir ayrılıqlarının olduğunu bildirib.

“MHP ilə bəzi məqamlarda fərqli düşündüyümüz görünür. Cümhur İttifaqına verdiğmiz önəmə görə, bu fərqlilikləri konstruktiv bir dil ilə ifadə etməyə çalışmışıq. Kimsəyə şəxsi olaraq hörmətsizlik etməyi ağlımızdan keçirmirik.
Əfv gündəmə gələndə, bu işi tam mənada müzakirə etdik. Təklifə isti yanaşmadığımızı izah etməyə çalışdıq. Burada əsas bir prinsip var, dövlət özünə qarşı edilən cinayətlərə qarşı əfvetmə səlahiyyətinə malikdir. Amma insanlara qarşı işlənən cinayətlərə qarşı dövlət əfv səlahiyyətinə malik deyil.

Biz narkobaronlara da, ondan istifadə edənlərə qarşı da mübarizə aparırıq. Onları həbsdən azad edə bilmərik. 50 mindən çox narkotik dustağı var. Bunlara tale dustağı deyə bilərikmi? Qatilləri, oğruları necə həbsdən buraxa bilərik.  Bir qatili əfv etdiyimiz zaman həlak olmuşun ailəsinə necə izah edəcəyik?

Məktəblərdə and içmə məsələsini 2013-də həll etmişdik. Təssüf ki, səlahiyyətləri aşaraq bu düzəlişi ləğv ediblər. Türkiyəni haqq etmədiyi bir mübahisənin içinə sürükləyən bu qərar, keçmiş xəstəliklərin yaşadığını göstərir. CHP-nin təkpartiyalıq dövründə başladılan bu and içmə məsələsini davam etdirməyə çalışmaq səhvdir. Bu and içməni ilk olaraq  Türk Ocaqlarını bağlatması ilə tanınan tibb doktoru Rəşid Qalib yazmışdır. Bu adam türkcə Azan zülmünün də memarıdır.

Mən türkəm, amma irqçi deyiləm. O başqa bir şeydir, bu başqa bir şey. İrqçilik bizim dinimizdə qadağan olunmuşdur. Hər bir etnik  öz etnik kökü ilə fəxr edə bilər. Bizim türkçülük etmə hüququmuz varsa, o zaman bizim kürd vətəndaşımızın da kürtçülük etmə hüququ doğur. Heç vaxt bunu irqçilik etmək səviyyəsinə qaldırmayaq. Bunu etdiyiniz anda ayrı-seçkilik etmiş olarsınız. AK Partiya olaraq bu səhvə düşmədik. Türkiyə Cümhuriyyəti dövləti 81 milyonun birgə dövləti olduğuna görə, hər kəsi qucaqlamaq lazımdır.”

Ərdoğan MHP sədri Dövlət Baxçalının parlamentin konstitusiya komissiyasının milliyətcə kürd olan sədri Bəkir Bozdağ haqqında dediyi sözlərə sərt münasibət göstərib. 

Bu mətnin hər səhər uşaqlarımıza oxudulmasına ehtiac varmı? Konstitusiya komissiyası sədrini (Bəkir Bozdağ nəzərdə tutulur)  milli  mənşəyinə görə tənqid etmənin nə faydası var? Mən ayrı-seçkilik etmirəm deyəcəksən, Konstitusiya komissiya sədrimizə, millət vəkilimizə, nazirlik etmiş dostumuzu həm təhqir, həm təhdid edəcəksən. Onun arxasında bizlər varıq. Mən yol yoldaşımızı fəda edə bilmərəm. Mənim bu yol yoldaşımızın irqçiliklə əlaqəsi yoxdur. Mənşəyi kürd ola bilər, amma özü bu millətə xidmət edən bir insandır” – Ərdoğan belə deyib.

Comment here