DünyaManşetMANŞETÜSTÜ

Məmmədyarov Mamayusupovla görüşdü

Məmmədyarov Mamayusupovla görüşdü

Məmmədyarov Mamayusupovla görüşdüAzərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Altınbek Mamayusupovla görüşüb.

XİN-nin mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, görüşdə tərəflər assambleyanın hazırkı və gələcək fəaliyyətinə toxunaraq üzv ölkələr arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsi perspektivləri barəsində fikir mübadiləsi aparıblar.

Bu xüsusda, TürkPA-nın üzv dövlətlər arasında mövcud ortaq tarix, mədəniyyət və etnik bağlılıq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün mühüm platforma rolu oynadığı vurğulanıb. Habelə TürkPA-nın digər parlamentlərarası əməkdaşlığa məsul təşkilatlarla əməkdaşlığına dair müzakirə aparılıb.

Görüşdə A.Mamayusupov Azərbaycanın son illər ərzində artan nüfuzu, bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi faktını diqqətə çatdıraraq Azərbaycanın qlobal dialoq mərkəzinə çevrildiyini bildirib.

Comment here