ManşetMANŞETÜSTÜ

Məhkəmə qərarlarının icrası-VİDEO

b_550_325_16777215_00_images_xeber_sekilleri_29yanvar2018_552.jpgTanınmış vəkil Adəm Məmmədovun”Lider” televiziyası ilə birgə lahiyəsi olan “Hüquq və Ədalət” verlişinin, 23-cü  buraxılışı 04.03..2018-ci il tarixində adı çəkilən televiziya kanılında yayımlanmışdı.

Verlişin mövzusu məhkəmə qərarlarının icrası haqqında olmuşdur.

Verlişin ekspertləri vəkil Paşa Səfərov, vəkil Emil Aslanov, vəkil Akif Əliyev, Yenilik.az saytının baş redaktoru Xanlar Xoca olmuşdur.

Ekspertlərin fikirlərinən seçmələri sizlərə təqdim edirik.

Jurnalist/Vəkil Adəm Məmmədov:”Bəzən görür ki,rayon şöbələrində bir neçə icra məmuru var.Lakin icra işinin ağır olması,işin mürəkkəb olmasını nəzərə almadan şöbə rəisi tərəfindən yeni  icra məmuruna həvalə edilir.Buda gələcəkdə problemlərə yol açır.”

Vəkil Paşa Səfərov: “Ölkə daxili qanunvericiliyi,eyni zamanda təcrübəni əsas götürərək,biz belə bir qərara gələ bilərik ki, icra hüquqi sahəsi dövrün aktual və mürəkkəb sahəsidir.”

Vəkil Akif Əliyev:”Bəzi Qərb ölkələrində icra sənədləri,icra işi satılır.Orda agent olur bu rəsmidir,icra qanuna uyğun işlər görür.Biz də vəkillər icra  görə bilər amma orda müəyyən qədər fayda götürmək məsələsinə gələndə vəkillər vətəndaşla müqavilə bağlaya bilmir.”

Vəkil Emil Aslanov:”Demək olar ki,icra edilməmiş işlər çoxluq təçkil edir.Mənim praktikamda iş var ki,icra məmuru döyülüb.Mən hesab edirə m ki, məhkəmə qərarlarının 60%  icra edilir,40% icra edilmir.”

Yenilik.az saytının baş redaktoru Xanlar Xoca:”İcra məmuru dövlətəqarşı qətnaməni icra edə bilmir amma vətəndaşa qarşı icra edir.”

Fakttv.com adı çəkilən verlişin video yazısın sizlərə təqdim edir:

Comment here