GündəmMANŞETÜSTÜ

Məhəmməd bin Salmanın gələcək taleyinin müəyyənləşməsinə səbəb olacaq adam Ərdoğandır – İngilis mətbuatı

Məhəmməd bin Salmanın gələcək taleyinin müəyyənləşməsinə səbəb olacaq adam Ərdoğandır – İngilis mətbuatı

Məhəmməd bin Salmanın gələcək taleyinin müəyyənləşməsinə səbəb olacaq adam Ərdoğandır – İngilis mətbuatı

İngiltərənin “The Quardian” qəzeti  öldürülən jurnalist Camal Qaşıqçı olayından sonra, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Səudiyyə Ərəbistanı vəlihəd şahazdəsi Məhəmməd bin Salman arasındakı münasibətləri araşdıran  analiz yazısı dərc edib. 

Fakttv.com Avropa.infoya istinadən xəbər verir ki, qəzetin diplomatiya redaktoru Patrik Vintourun imzası ilə dərc olunan yazıda Türkiyənin Səudiyyə konsulluğunu dinlətdiyi bildirilir.

“Türkiyə Səudiyyə konsulluğunu dinlədib, lakin orada baş verənləri rəsmən açıqlaya bilməz. Türkiyə bu səbəblə məlumatları anonim mənbələrdən hökumətyönlü mətbuata sızdırmağa üstünlük verir. Şahzadə Məhəmmədin müşaviri Səud əl Kahtaninin cinayəti Skayb vasitəsi ilə yönəltdiyi haqda xəbərləri buna misal göstərmək olar.

Ərdoğan Səudiyyə Ərəbistanının düşdüyü vəziyyətdən məharətlə faydalanır. Türklər olayla bağlı mürəkkəb bir istintaq aparır və Ərdoğan da addımlarını çox diqqətli atır. Ərdoğan dünənki çıxışında yalnız dəqiqləşən dəlillər üzərindən danışacağını deyib. Lakin Ərdoğanın Qaşıqçının cəsədinin harada olduğuna dair sualları və ya Səudiyyə Ərəbistanının İstanbuldakı  “yerli tərəfdaşının” kim olduğuna dair sulları, onun Kral Salmanın oğluna vermək  istədiyi suallardır.

Ərdoğan Kral Salmanın istintaqla əməkdaşlıq etdiyini və səmimi olduğunu söyləsə də, vəliəhd şahzadə üçün eynisini demədi. Ərdoğanın çıxışı sanki vəliəhd şahzadə haqqında bir ittihamnamə kimiydi. Ərdoğanın məqsədi Kralı Salmanı Səudiyyə Ərəbistanının nüfuzunu xilas etmək üçün vəliəhd şahzadəni vəzifədən azad etməyə inandırmaqdır.  Vəliəhd şahzadənin taleyinin müəyyənləşməsinə səbəb olacaq adam Ərdoğandır. Onun dünənki çıxışı isə yalnız ilkin atəş idi” – İngilis qəzeti belə yazıb.

Comment here