ManşetMANŞETÜSTÜ

Məcburi köçkünlər : Niyə görə qovurlar, biz Azərbaycan vətəndaşı deyilik?- Video

b_550_325_16777215_00_images_xeber_sekilleri_29yanvar2018_cebi.jpgBiləsuvar Rayonu ərazisində yerləşən Cəbrayıl rayon 1 saylı qəsəbə sakinləri əkinlərini suvarmaq üçün üç aydır su tapmadıqlarını deyir.

Avropa.info-ya videomüraciət ünvanlayan məcburi köçkün İsmayılov Anar  deyir:

“2004-cü ildə bizə dövlət tərəfindən pay torpağı ayrılmışdır. Həmin torpağın suvarılması üçün də 4 nəfərə 500 metrlik işıq xətti çəkib, su matoru quraşdırmışdıq. Qəsəbədə işıqların sayğaclaşdırılmasından sonra həmin işıq xətti kəsildi və bizə əkinimizi suvarmağımız üçün işıq sayğacı bağlanmayacağı təqdirdə işıq verilməyəcəyi bildirilmişdir.”

dd-300x153.jpg

İmamverdiyev Zöhrab: Üç aydır taxılımızı suvara bilmirik. Dəfələrlə Cəbrayıl rayon icra hakimiyyətinə şikayətimizi bildirmək üçün getsəkdə bizi qapıdan qorurlar. Niyə görə qovurlar, biz Azərbaycan vətəndaşı deyilik? Bu məmurlar orada niyə oturublar?

ddddd-300x135.jpg

“Bizim gümanımız ancaq cənab prezidentə çatır. Cənab prezident, sizə güvənib və inanaraq xahiş edirik bizim problemimizin həlli üçün köməklik edəsiniz.”

Comment here