DünyaManşetMANŞETÜSTÜ

Lukaşenko yenə Moskvaya qarşı bunt qaldırdı

Lukaşenko yenə Moskvaya qarşı bunt qaldırdı

Lukaşenko yenə Moskvaya qarşı bunt qaldırdı

Belarus prezidenti Aleksandr Lukaşenko növbəti dəfə Rusiyadan ciddi narazılıqlarını ifadə edib. Virtualaz.org Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Lukaşenko iki ölkə sərhədində rusiyalı sərhədçilərin dayanmasını anlamadığını bildirib. O, Moskvanı sərhədçilərin Rusiya-Belarus sərhədində yerləşdirilməsinin formatını müəyyənləşdirməyə çağırıb.

Lukaşenkonun sözlərinə görə, Rusiya Belarusla sərhəddə neçə vaxtdır FTX-nin sərhəd xidməti hərbçilərini yerləşdirib və heç hərbçilərin özləri də qonşu ölkə ilə sərhəddə niyə dayandıqlarını anlamır. “Əgər onlar sərhədi bağlamaq istəyirsə buyursunlar. Bağlayacaqlar, biz də cavabsız qoymayacağıq, sərhəddə nəzarət tətbiq edəcəyik”-Lukaşenko çıxışında bildirib.

Lukaşenkonun bu bəyanatı Belarus-Rusiya ittifaq dövlətinin Yüksək dövlət şurasının iclasına hazırlığın getdiyi bir vaxtda səslənib. Bundan əvvəl də dəfələrlə Rusiya Belarus malları üçün məhdudiyyətlər tətbiq edib və iki ölkə arasında ticarət müharibələri olub.

Belarus prezidenti isə Rusiyanın təkcə sərhədə hərbçiləri yerləşdirməsindən deyil, Böyük Vətən müharibəsində qələbəni özəlləşdirməsindən də narazıdır. Onun sözlərinə görə Rusiya qələbəni özəlləşdirmək istəyir, əslində isə qələbəni Rusiya, Belarus, Ukrayna, Gürcüstan və digər keçmiş SSRİ respublikaları birlikdə əldə ediblər.

 

 

 

 

 

 

 

 

virtualaz.org

Comment here