ManşetMANŞETÜSTÜSiyasət

Lukaşenko Putinlə Xaçaturovu müzakirə edib: “Vaxtında bizi eşidən olmadı”

Lukaşenko Putinlə Xaçaturovu müzakirə edib: “Vaxtında bizi eşidən olmadı”

Lukaşenko Putinlə Xaçaturovu müzakirə edib: “Vaxtında bizi eşidən olmadı”

Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Yuri Xaçaturov məsələsini Rusiya prezidenti Vladimir Putinlə müzakirə edib.

Fakttv.com “Belarus-1” telekanalına istinadən xəbər verir ki, Lukoşenko bu yaxınlarda Soçidə Putinlə digər məsələlərlə yanaşı, KTMT çərçivəsində birgə fəaliyyət, həmçinin təşkilatın baş katibi Yuri Xaçaturov ətrafında baş verən prosesləri müzakirə ediblər.

“Daha sonra biz Putinin təşəbbüsü ilə KTMT-ki vəziyyət və Xaçaturovun Ermənistanda saxlanılması məsələlərini müzakirə etdik. Bizim mövqeyimiz aydın və başa düşüləndir. Biz zamanında başqa namizəd irəli sürdük. Lakin bizi eşidən olmadı”- Lukaşenko bəyan edib.

Lukaşneko onu da əlavə edib ki, Putinlə bu problemə Ermənistandakı yeni hakimiyyətin, baş nazir Nikol Paşinyanın yürütdüyü siyasi prizmadan baxaraq müzakirə ediblər: “Odur ki, biz KTMT-dəki birgə fəaliyyətimizi və bu gün təşkilatda hökm sürən problemləri müzakirə etdik. KTMT üzvləri buna cavabdehdir”.

 

Comment here