GündəmMANŞETÜSTÜ

Leyla Şıxlıniskayaya cinayət işi açılması təsdiqləndi – Özümüz həll edəcəyik

Leyla Şıxlıniskayaya cinayət işi açılması təsdiqləndi – Özümüz həll edəcəyik

Leyla Şıxlıniskayaya cinayət işi açılması təsdiqləndi - Özümüz həll edəcəyikXəbər verdiyimiz kimi xalq artisti Leyla Şıxliskayanın rəhbərlik etdiyi klinikaya cinayət işi açılıb.

Xatırladaq ki, buna səbəb isə klinikanın iki milyondan çox vergidən yayınması göstərilir. Məlumatda bilirilir ki, CM-nin 213-cü (vergidən yayınma) maddəsilə cinayət işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlansa da, istintaq davam etdirilməsi üçün iş Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib.
Xəbərlə bağlı mövqeyini öyrənmək üçün Leyla Şıxlıniskayanın özünə telefon açıb. Ancaq özünü köməkçi kimi təqdim edən xanım bu məsələnin mediada müzakirə olunmasının əleyhinə olduğunu deyib: “Bizim klinika ölkədə sözünü demiş klinikadır. Hansısa məsələ varsa özümüz həl edəcəyik. Bu barədə mediaya hansısa açıqlama vermək niyyətimiz yoxdur”.

Mənbə: gununsesi info

Comment here