GündəmManşetMANŞETÜSTÜ

Leyla Əliyevadan müraciət: Könül Xasıyeva və Ramiz Əzizbəyli ağır vəziyyətdə

Leyla Əliyevadan müraciət: Könül Xasıyeva və Ramiz Əzizbəyli ağır vəziyyətdə

Leyla Əliyevadan müraciət: Könül Xasıyeva və Ramiz Əzizbəyli ağır vəziyyətdə -VİDEOHeydər Əliyev Fondunun vitse-prezidenti, Baku jurnalının baş redaktoru Leyla Əliyeva Instagram-da xalq artistlərimiz Könül Xasıyeva və Ramiz Əzizbəylinin ağır vəziyyətdə olması ilə bağlı müraciət edib.

“İnsanlara kömək üçün çox tələsmək lazımdır. Hər günün, hər saatın öz hökmü var… Gəlin, birlikdə xeyirxahlıq edək, bununla biz neçə-neçə insana HƏYAT vermiş olarıq”.

Leyla Əliyeva qeyd edib ki, kömək etmək niyyətində olanlar istənilən mobil operatordan 999 nömrəsini yığıb, sonra 0 düyməsini basmaqla 50 qəpik, yaxud başqa düymələri, məsələn, 1 düyməsini basmaqla, 1 manat, 5 düyməsini basmaqla, 5 manat, 9 düyməsini basmaqla, 9 manat yardım edə bilər:

“Həmçinin, 999 qısa nömrəsinə SMS göndərib yardım almaq üçün müraciət edə bilərsiniz. 1 SMS-in qiyməti 50 qəpikdir. İanə etməkçün hər hansı “Kapital Bank”a yaxınlaşıb bank ödəməsi edə bilərsiniz. “HƏYAT” FONDU… Yardım et, həyat ver”.

Mənbə: bakuws

Comment here