ManşetMANŞETÜSTÜ

Kollegiya iki vəkilin fəaliyyətinə qadağa qoydu

1-149.jpgVəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib.

İclasda baş prokurorun birinci müavini Rüstəm Usubovun müraciətinə baxılıb.

Rüstəm Usubov qeyd edib ki, AXCP sədrinin müavini Gözəl Bayramlının vəkili Əsabəli Mustafayev və jurnalist Əfqan Muxtarlının vəkili Nemət Kərimli mətbuata müsahibə verərkən müvəkkilərinin işini siyasiləşdirməklə, sübutların saxta olduğunu deməklə hüquq-mühafizə orqanlarının işinə kölgə salıblar.Rəyasət Heyəti də Usubovun müraciətini təsdiqləyərək hər iki vəkilin 1illik müddətə fəaliyyət göstərməsinə qadağa qoyub. Vəkillər bununla razılaşmayaraq, heç bir qanun pozuntusuna yol vermədiklərini və qərarla bağlı məhkəməyə müraciət edəcəklərini bildiriblər./teleqraf

Fakttv.com

Comment here