Siyasət

Kiyevdə Ukrayna və Azərbaycan media qurumlarının əməkdaşlığı müzakirə olunub

Kiyevdə “Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın inkişafında medianın rolu” adlı beynəlxalq dəyirmi masa baş tutub.

“Huquqaz.com”un Şərqi Avropa bürosunun məlumatına görə, dəyirmi masa Azərbaycanın “Report” İnformasiya Agentliyi və Ukraynanın UNİAN informasiya agentliyi tərəfindən birgə təşkil olunub.

Dəyirmi masanın moderatoru, tanınmış ekspert bildirib ki, iki ölkə arasında medianın sıx əlaqələr qurmasına tələbat gündən-günə artır. O, bu gün “Report” və UNİAN agentlikləri arasında imzalanan memorandumu nümunə gətirərək bildirib ki, bu, qeyd olunan istiqamətdə atılmış ilk əməli addımdır.

Comment here