DünyaManşetMANŞETÜSTÜ

Kim Çen Inı Rusiyada gözləyirlər

Kim Çen Inı Rusiyada gözləyirlər

Kim Çen Inı Rusiyada gözləyirlər

“Şimali Koreya lideri Kim Çen Inın Şərqi İqtisadi Forumu çərçivəsində Rusiyaya rəsmi səfər edəcəyini gözləyirik”.

Avropa.info xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədrinin birinci müavini İvan Melnikov Şimali Koreyadan olan deputatlarla görüşü zamanı deyib.

“Biz Rusiya xarici işlər naziri Sergey Lavrovun Şimali Koreyaya səfərini və orada apardığı danışıqları çox diqqətlə izlədik. Biz onu da bilirik ki, Lavrov prezident Putinin Kim Çen Ina sentyabrda Vladivostokda keçiriləcək 4-cü Şərqi İqtisadi Forumda iştirakla bağlı Rusiyaya səfər etməsi barədə ünvanlandığı məktubu ona çatdırıb.

Forum sentyabrın 11-13-də Vladivostokda keçiriləcək.

 

Comment here