DünyaManşetMANŞETÜSTÜ

Kim Çen generalı Trampla görüşə göndərdi

Kim Çen generalı Trampla görüşə göndərdi

Kim Çen generalı Trampla görüşə göndərdi

Şimali Koreya lideri Kim Çen İnin ən yaxın adamlarından biri Nyu Yorka səfər edəcək.

Avropa.info axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Tvitter səhifəsində yazıb.

“Şimali Koreya ilə müzakirələrimiz üçün möhtəşəm bir komandanı bir araya topladıq. Zirvə və daha çoxu ilə əlaqədar görüşlər hal-hazırda gerçəkləşdirilir. Şimali Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin sədr müavini, general Kim Yonq Çol Nyu Yorka gəlmək üçün yola çıxıb”, – Tramp bildirib.

Xatırladaq ki, Donald Tramp Şimali Koreya lideri Kim Çen İnlə keçirilməsi nəzərdə tutulan tarixi zirvəni qeyri-müəyyən müddətə təxirə saldığını açıqlasa da sonradan zirvənin keçirilməsinin hələ də mümkün olduğunu bildirmişdi.

Comment here