DünyaManşetMANŞETÜSTÜ

Kabildə baş verən partlayışda ölənlərin sayı 31 nəfərə çatıb, onlarla yaralı var – YENİLƏNİB

Kabildə baş verən partlayışda ölənlərin sayı 31 nəfərə çatıb, onlarla yaralı var – YENİLƏNİB

Kabildə baş verən partlayışda ölənlərin sayı 31 nəfərə çatıb, onlarla yaralı var – YENİLƏNİB

Əfqanıstanın paytaxtı Kabildə törədilmiş partlayış nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

“TOLONEWS” telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində həmçinin 50-dən çox insan xəsarət alıb.

Qeyd edək ki, partlayış paytaxtın qərbində, seçicilərin qeydiyyatı mərkəzinin qarşısında baş verib. Hadisənin terrorçu kamikadze tərəfindən törədildiyi bildirilir.


***12:06

Əfqanıstanın paytaxtı Kabildə törədilmiş partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Bu barədə “1 TV” telekanalı Daxili İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində həmçinin 56 nəfər xəsarət alıb. Hadisənin terrorçu kamikadze tərəfindən törədildiyi bildirilir.

Partlayış paytaxtın qərbində, seçicilərin qeydiyyatı mərkəzinin qarşısında baş verib.


***11:05

Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib.

“Report”un məlumatına görə, bu barədə “Pajvak” agentliyi bildirib.

Məlumata görə, hadisə paytaxtın qərbində, seçicilərin qeydiyyatı mərkəzinin qarşısında baş verib. Hadisə nəticəsində 4 nəfər həlak olub, 15 nəfər yaralanıb.

Hadisə yerinə həkimlər və polis əməkdaşları cəlb edilib. Partlayışın səbəbi hələlik məlum deyil.

Comment here