Cəmiyyət

Kəndin gözəlliyi…

Kəndin gözəlliyi…

Kənd həyatı bir dünyadı.Yayın cırhacırında belə özünü cənnətdə hiss edirsən. Bir tərəfdə bir – birinə qarışan mal – qaranın səsi, hində bir yumurta qoyub ,səsini başına atan toyugun qaqqıltısı ,onun səsini batırmaq istəyən xoruz banı ,kolluqda eşələnə eşələnə cücələrini hər şeydən qoruyan ana toyugun pırplzlanan tükləri sənə ləzzət edir…sevmədiyin qurbaganın qur -qur səsi, çəyitkənin ,clrcıramanın ,arının vızıltısı belə sənə şirin həzin musiqini xatırladır..qorxdugun ilanın fısıltısı sənə o qədər sehirli gəlirki….kolluqdan plr edib uçub gedən sərçə sənə o qədər dogma gəlir ki …qorxa – qorxa dizdən olan otun içində elə sevə – sevə ,əzmədən gəzirsən ki..bagdakı turş , agzını yandlra – yandlra yediyin alça sənə bal yeyirmişsən kimi gəlir..agacda hələ təzə təzə qızarmaga başlayan clr gilasın ləzzətin demirəm hələ..tut agacının altında durub ,üstbaşınını qara qırmızı rəngə boyayıb bəh- bəhlə yediyin qara tutun, yerə düşəndə hayfın gəldiyi ag tutun ləzzəti bir başqadı …budagı əyib üstündəki dəymiş tutları əzizləyə – əzizləyə bir bir agzına qoyduqca sanki yeni bir dünyaya qədəm qoyursan…həyətin bir başında toyuq hini ,o biri başında üstü ot tayasıyla örtülü olan mal – qara damı, torpaqla döşənmiş eyvanın qarşısı…çayır otlarla haşiyəyə alınmış gül kolları,bir birinə qarışan sarmaşıq, bir birinin dalıyca havada rəqs edən rəngarəng kəpənəklər…
hələ qapıdan girəndə qarşılanma səhnəsin demirəm…samovar çayı ..tələsik təmizlənib ortaya qoyulan toyugun dadı damagından illırcə germir..xarirələrində məskən salır..bacasından turbası çıxan odun peçləri,yerə atılan döşəkçəklər insanın həyat eşqin artırır…nə qədər müasirik desək də kənd qatıgı ,kənd toyugu .yumrtası ,meyvəsi olmadan inkişaf edə bilmərik ..nə ruhumuz, nə beynimiz, nə bədənimiz… Biz nə qədər qaçsaq da qopa bilmərik ruhumuz kəndə baglı …
Yay olan kimi hər kəs istirahətə qaçır..nə qədər bəzək düzəkli yer olsa da orda da kənd həyatın axtarırıq..çünki ruhumuza hopub..kökümüzdən gəlir. Havasının gözəlliyi bir başqa ..təmiz ,sakit ,ruh oxşayan, insanları bir başqa ..saf təmiz ….qonaqsevər …paylı pürüşlü…gedəndə səndən ötrü əldən ayaqdan gedən,qapıdan çıxanda utan utana az da olsa bu da kənd payıdı deyib səni yola salan kənd camaatı…sən Allah qoy bir toyuq da olsa tutum verim deyən saf ,gözəlqəlbli insanlar. Qatıgının bir ləzzəti ,ayranıın bir başqa ləzzəti olan ,şorunu belə sevərək doymadan yediyimiz qızıla bərabər olan kənd həyatı…….

Leyla Yaşar ..

Comment here