ManşetMANŞETÜSTÜ

İtkin düşmüş alpinistlərdən YENİ XƏBƏR

İtkin düşmüş alpinistlərdən YENİ XƏBƏR

İtkin düşmüş alpinistlərdən YENİ XƏBƏRDekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” – hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Sonxeber.az-a verilən məlumata görə, Nazirliyin Aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və xüsusi təlim keçmiş itlər, peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir. Qeyd edək ki, bu gün səhər saatlarından Xüsusi Riskli Xilasetmə Xidmətinin əlavə 10 nəfər dağ-xilasedicisi axtarışlara cəlb olunub.

FAKTTV

Comment here