ManşetMANŞETÜSTÜ

İtkin düşən alpinistlərimizin ailələrinə kompensasiya ödənilə bilərmi?

İtkin düşən alpinistlərimizin ailələrinə kompensasiya ödənilə bilərmi?

Artıq 1 aydan çoxdur ki, itkin düşən alpinistlərdən heç bir məlumat yoxdur. Hadisə ilə bağlı cinayət işi də açılıb. Bu haqda Respublika Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatında deyilir. Məlumatda qeyd olunur ki, 23 dekabr 2017-ci il tarixdə “Şahdağ” Milli Parkı ərazisində yerləşən “Tufandağ” zirvəsi istiqamətində qalxan “Gilavar” idman klubunun 3 üzvü – 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin itkin düşmələri barədə daxil olmuş məlumat əsasında dekabrın 27-də Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən helikopter cəlb olunmaqla axtarışa başlanılıb.

İtkin düşən alpinistlərimizin ailələrinə kompensasiya ödənilə bilərmi?Bəs itkin düşən alpinistlərimiz tapılarsa onların ailələrinə kompensasiya ödənilə bilərmi?

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, İnsan hüquqları məsələləri üzrə Birgə İşçi Qrupunun katibi, hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, itkin düşən alpinistlərlə müqavilə imzalandığı məlum deyil:

İtkin düşən alpinistlərimizin ailələrinə kompensasiya ödənilə bilərmi?“Hüquqi baxımdan alpinistliklə məşğul olan şəxs dağa çıxamazdan öncə həyatını sığortalayıbsa, hadisə baş verəcəyi təqdirdə zərəçəkmiş adam sağ qalarsa, əlilliyi olarsa ona Sığorta Şirkəti tərəfindən kompensaiya ödənilə bilər. Lakin, indiki halda itkin düşən alpinistlərə maliyyə yardımı ediləcəyini şərh etmək çətindir. Çünki, onların müqavilə əsasında getdikləri və sığortalarının olduğu məlum deyil”.

Hüquq müdafiəçisi əalvə edib ki, heç kimin təşəbbüsü yoxdursa, onlar sadecə həvəsakar olaraq gediblərsə dövlət könüllü surətdə onlara kömək edə bilər. Dövlətimiz bu məsələlərdə çox həssasdır. Lakin, hüquqi baxımdan onların sığortası yoxdursa dövlət tərəfindən kompensasiya verilmir.

“Hər kəs həyatını özü sığortalamalıdır. Lakin, alpinistlər rəsmən göndəriliblərsə və onların sığortası yoxdursa belə halda göndərən tərəf məsuliyyət daşıyır”.

Milli Məclisin insan hüquqları Komitəsinin üzvü, millət vəkili Fazil Mustafa isə Sonxeber.az açıqlamasında deyib ki, itkin düşən alpinistlərin tapılacağı təqdirdə onların ailələrinə kompensasiya ödənilməsi nəzərdə tutulmamalıdır. Dövlətin tapşırığını həyata keçirmək üçün belə bir addım atılsaydı maliyyə yardımı edilə bilərdi. Amma, fərdi qaydada belə bir alpinist fəaliyyətini həyata keçirilib. Yəni, hadisə yarışda yaxud hansısa tədbirdə baş vermədiyinə görə, kompensasiyanın ayrılması hüquqi baxımdan mümkün deyil.

İtkin düşən alpinistlərimizin ailələrinə kompensasiya ödənilə bilərmi?Deputat vurğulayıb ki, hansısa qurumlar onların ailələrinə yardım göstərsə, bu qanunla qadağan edilmir. Bu humanist addım kimi qəbul oluna bilər. Dövlət tərəfindən hüquqi cəhətdən yardım göstərilməsi real deyil. Hökumət tərəfindən təşəbbüs kimi istənilən vaxtda onların ailələrinə yardım edilə bilər. Zərərçəkmiş ailə olaraq onlar müraciət edərlərsə, dövlət qurumları bunu həyata keçirə bilər. İtkin düşən alpinistlər fərdi qaydada dağa çıxdıqlarına görə, burada tələb imkanı yoxdur. Bu halda onlar maliyyə yardımı üçün xahiş edə bilərlər. Aidiyyatı qurumlar da bu məsələyə anlayışla yanaşıb dəstək ola bilərlər.

Aysel Kərimova

Comment here