GündəmMANŞETÜSTÜSiyasət

İstanbul Vəkillər Kollegiyasının üzvü, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətini ziyarət etdi(FOTO)

 

İstanbul Vəkillər Kollegiyasının üzvü, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətini ziyarət etdi.

 

Fakttv.com xəbər verir ki,bu gün Türkiyə Hüquq Platformasının sədri, İstanbul Vəkillər Kollegiyasının üzvü, vəkil Ahmet Akcan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətini ziyarət etmişdir.

Rəsmi qonaq Vəkillər Kollegiyasının sədri Anar Bağırov tərəfindən qarşılanmış, Sədr tərəfindən Ahmet Akcana son aylar ərzində Kollegiya tərəfindən görülmüş işlər, Türkiyə-Azərbaycan vəkillik təsisatları arasında formalaşmış qarşılıqlı əməkdaşlıq münasibətləri barədə ətraflı məlumat verilmiş, Hüquq platforması ilə Kollegiya arasında hüququn müxtəlif sahələri üzrə işbirliyinin perspektivləri, gələcəkdə birgə tədbirlərin keçirilməsi barədə fikir mübadiləsi aparılmışdır.

Görüşdə Vəkillər Kollegiyasının üzvü Aygün Əliyeva, Milli Məclisin aparatının əməkdaşı Fərhad Vəliyev də iştirak etmişlər.

Görüşün sonunda fəxri qonaqla xatirə fotosu çəkilmişdir.

Fakttv.com

Comment here