DünyaManşetMANŞETÜSTÜ

İsrail hərbçiləri ilə toqquşmalarda daha bir fələstinli həlak olub

İsrail hərbçiləri ilə toqquşmalarda daha bir fələstinli həlak olub

İsrail hərbçiləri ilə toqquşmalarda daha bir fələstinli həlak olub

Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda daha bir fələstinli israil hərbçiləri tərəfindən qətlə yetirilib.

Avropa.info xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Əşrəf əl-Kedra məlumat verib.

Onun sözlərinə görə, 51 yaşlı Naser Əhməd Mahmud Qurab mayın 15-də Barica şəhərinin şərqində İsrail hərbçilərinin açdığı atəş nəticəsində ölüb: “Bununla da martdan bəri İsrail hərbçiləri ilə toqquşmalarda həlak olan fələstinlilərin sayı 105 nəfərə çatıb”.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, mayın 15-də İordan çayının qərb sahilində 80 nəfər yaralanıb: “Onlardan 50-si Vifleym şəhərində İsrail hərbçilərinin rezin və döyüş güllərindən istifadə etməsi nəticəsində xəsarət alıblar. Gözyaşardıcı qazdan zəhərlənənlərin sayı isə onlarladır. Əl-Bira şəhərinin girişində də 30 nəfər yaralanıb”.

Qeyd edək ki, fələstinlilər ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz zamanı 56 fələstinli öldürülüb, 2500-ə yaxın insan yaralanıb.

Comment here