DünyaManşetMANŞETÜSTÜ

İsrail Əsədi hədələdi: “Bu onun sonu ola bilər”

İsrail Əsədi hədələdi: “Bu onun sonu ola bilər”

İsrail Əsədi hədələdi: “Bu onun sonu ola bilər”

İsrailin milli infrastruktur, enerji və su təchizatı naziri Yuval Ştaynits məsələ ilə bağlı Suriya prezidenti Bəşər Əsədi hədələyib.

Avropa.info-nun məlumatına görə, “Ynet” xəbər portalına danışan Ştaynits deyib ki, Suriya İsrailə hücum üçün hərbi bazaya çevrilərkən Bəşər Əsədin səssizcə yerində oturması qəbul edilməzdir. 

Əgər Əsəd İrana Suriyadan bizə zərbələr endirməyə icazə versə, Suriya ərazisindən bizə hücum olsa, bu onun sonu olacaq”, – deyə nazir bildirib.

Qeyd edək ki, İsrail dəfələrlə Suriyada İranın hərbi bazasının olması ilə bağlı narahatlığını bildirsə də, İran bunu təkzib edib. İran terrorçularla mübarizə üçün Suriyaya hərbi məsləhətçilər göndərdiyini etiraf edib.

 

Comment here