MANŞETÜSTÜ

İsmayıllı başçısının 9 aylıq hesabatındakı yalanlar faş oldu – Eksklüziv araşdırma

İsmayıllı başçısının 9 aylıq hesabatındakı yalanlar faş oldu – Eksklüziv araşdırma

İsmayıllı başçısının 9 aylıq hesabatındakı yalanlar faş oldu

İsmayıllının icra başçısı Mirdaməd Sadıqov 9 ayın hesabatını verib

Palitika.Az-ın verdiyi xəbərə görə, RİH başçısı 9 ayda görülən işlərin hamısını öz adına çıxarıb

M.Sadıqov hesabat yığıncağında bəyan edib ki, bazar yaxınlığında saat meydanı ətrafında vaxtilə köhnə və primitiv üslubda inşa edilmiş dəmirçi sexləri və digər obyektlərin köçürülməsi üçün şəhərin baş planına uyğun olaraq müasir obyektlərin tikintisi davam etdirilib. RİH başçısı bu işi anaoqsuz inkişaf və abadlıq kimi az qala təqdim edib.

İcra hakiminin sözlərinə görə, çoxmənzilli binaların həyətyanı sahələri abadlaşdırılır, hər bir bloka giriş qapısı qoyulur. Pilləkən qəfəsləri təmir olunur, fasad üzlükləri təzələnir, dam örtükləri dəyişdirilir. Halbuki, bu işlər həyata keçirilmir və heç də İsmayıllını tam əhatə etmir. Əvəzində isə büdcədən bu işlərə ayrılan maliyyənin şəffaf xərclənməsində şübhələr var.

İsmayıllı rayon rəhbəri qeyd edib ki, yeni iş yerlərinin açılması və əhalinin məşğulluğunu təmin etmək məqsədli işlər reallaşıb. Hərçənd ki, İsmayıllı əhalisi Rusiya bazarlarına axışmala çörək pulu qazanır.

Üstəlik, Keyvəndi kəndində iri heyvandarlıq təsərrüfatının, şəhərin M.F.Axundov küçəsində iki 9 mərtəbəli yaşayış binasının, Heydər Əliyev prospektində 5 mərtəbəli 4 ulduzlu otelin, Tircan kəndi yaxınlığında “Bədo istirahət, müalicə və sanatoriya mərkəzi”nin tikintisi davam etdirilməsi haqda informasiya verilib.

İcra başçısının bu işləri RİH-nin hesabatında açıqlamasının məntiqini anlamaq çətindir. Çünki sözügedən tikintilərin ayrı-ayrı şirkətlər, kommersiya qurumları tərəfindən reallaşmasının RİH-nə aidiyyatı yoxdur.

Palitika.Az-ın verdiyi xəbərə görə, Kürdmaşı kəndində “Buta” şirkətlər qrupu tərəfindən 3000 ton tutumu olan soyuducu kameranın tikintisi başa çatdırılıb.

İsmayıllı şəhərinin S.Ə.Şirvani küçəsində “Azərxalça” ASC tərəfindən 170 nəfər toxucu işləyəcək Xalçaçılıq müəssisəsinin tikintisi başa çatıb. Amma rayonda işsizlik ən yüksək səviyyədə qalmaqdadır.

İsmayıllı “9 №-li Yol İstismarı” MMC tərəfindən 2017-cilin yanvar-sentyabr aylarında 810,8 min manatlıq təmir işləri yerinə yetirilmiş, Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda və yerli əhəmiyyətli yollarda cari təmir işləri aparılıb. Amma yollar bərbad gündədir. Pullar havaya sovrulub.

Məlumata görə, icra başçısı tikinti sektorunda maxinasiyalar aparır. O, rayondakı işbazlarla əlbir olaraq büdcədən külli miqdarda vəsait «yeməsi» barədə iddialar var.

Sabiq icra başçısının oğlu Vüqar Ələkbərovun şirkəti olaraq bilinən «VAFİ-Region» MMC şirkətinin «qabaqcıl» yerini indi «İsmayıllı Tikinti – 27» ASC tutub.

M.Sadıqovun «etibarlı» şirkəti kimi tanınan bu şirkət də «VAFİ-Region» MMC ilə eyni ünvanda qeydiyyatdadır.

Lakin bundan əvvəl də mətbuatın araşdırmaları nəticəsində məlum olmuşdu ki, bu ünvanda, yəni M.Orucov-100 ünvanında Ruhiya Cavadova adlı vətəndaş yaşayır və heç bir şirkətlə əlaqəsi yoxdur.

Mənbə bildirir ki, «İsmayıllı Tikinti-27» ASC-nin sədri Məhəbbət Əliyeva adlı şəxs olsa da, əslində bu qurumun arxasında başqaları, yəni, Sadıqovun əlbir olduğu tikinti mafiyası dayanır.

Belə ki, «İsmayıllı Tikinti-27» ASC yeni icra başçısının vaxtında bir çox dövlət layihəsinin icraçısı olub, 1 milyon manatdan çox büdcə vəsaitinin «sərf edilməsində» iştirak edib. Həmçinin Sadıqovun sevimli «icraçı»ları arasında «Ağçay-48» və «ÜlviMİ» adlı MMC-lərin də adı çəkilir.

Comment here