DünyaManşetMANŞETÜSTÜ

İŞİD-in cəlladı Türkiyədə ələ keçdi

İŞİD-in cəlladı Türkiyədə ələ keçdi

İŞİD-in cəlladı Türkiyədə ələ keçdi

30 martda Türkiyədə İŞİD-ə qarşı keçirilən əməliyyatda 1-i qadın 8 nəfər saxlanılıb.

Avropa.info xəbər verir ki, hamilə olduğu üçün azad olunan qadından başqa digər 7 nəfərin istintaqı davam edir.

Polisin apardığı istintaq zamanı saxlanılan 56 yaşlı Read Hajji Osman adlı şəxsin Suriyanın Rəqqa vilayətində yumurta satan sadə vətəndaş qılığında İŞİD üçün kəşfiyyat məlumatı yığdığı müəyyən edilib. Şübhəli şəxsin bundan əlavə bir çox qətl törədərək İŞİD üçün cəlladlıq etdiyi ortaya çıxıb. İŞİD-çinin yeznəsi və əlil uşağının da İŞİD-ə qoşulduğu, Tel-Abyadda özlərini canlı bomba kimi partlatdıqları müəyyən edilib.

Read Hajji Osman Suriyada İŞİD-in zəifləməsindən sonra qaçaq yollarla Türkiyəyə daxil olaraq Adanada yaşamağa başlayıb.

Comment here