GündəmMANŞETÜSTÜ

İşdən çıxarılan müəllim məktəbi məhkəməyə verdi, qalib gəldi – Azərbaycanda

İşdən çıxarılan müəllim məktəbi məhkəməyə verdi, qalib gəldi – Azərbaycanda

İşdən çıxarılan müəllim məktəbi məhkəməyə verdi, qalib gəldi

Azərbaycanda müəllim işdən çıxarıldığına görə orta məktəbi məhkəməyə verib
FAKTTV Palitika.az istinadən xəbər verir ki,Oğuz rayon Calud kənd orta məktəbindəki müəllim vəzifəsindən çıxarılan Cavan Yunusov işə bərpa edilmək üçün Oğuz Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə araşdırması nəticəsində onun əsassız olaraq işdən çıxarıldığı məlum olub. Nəticədə Məhkəmə C.Yunusovun iddiasını təmin edib.

Calud kənd orta məktəbi qərarla razılaşmayaraq Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib. Lakin Şəki Apellyasiya Məhkəməsi də müəllimi haqlı çıxararaq qərarı qüvvədə saxlayıb.

Qeyd edək ki, C.Yunusovun 49 yaşı var, o, ixtisasca riyaziyyatçıdır.

Comment here