DünyaManşetMANŞETÜSTÜ

İranı şoka salan hücum: Əsədin kiçik qardaşı yaralandı

İranı şoka salan hücum: Əsədin kiçik qardaşı yaralandı

İranı şoka salan hücum: Əsədin kiçik qardaşı yaralandı

Suriya Prezidenti Bəşər Əsədin kiçik qardaşı Mahir Əsəd Dəməşqin Əl Maza hərbi aerodromuna hücum zamanı yaralanıb.

Fakttv.com axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı İsrailin “9tv.co.il” saytı yayıb. Sayt hücumun dünən gecə baş verdiyini bildirib. Suriyalı hüquq müdafiəçiləri artıq hücum zamanı ölənlərin olduğu, eləcə də hücumu İsrailin təşkil etdiyi haqqında məlumat yayıb.

Qeyd edək ki, Mahir Əsəd prezident Bəşər Əsədin kiçik qardaşıdır. General Mahir Əsəd ölkənin ikinci ən nüfuzlu şəxsi hesab edilir. O, Suriya Milli Qvardiyası və 4-cü elit tank diviziyasına rəhbərlik edir.

Maraqlı məqam odur ki, Mahir Əsəd İranın Suriyadakı əsas tərəfdarı sayılır. Tehranın Suriyada öz siyasətini məhz Mahir Əsədin vasitəsilə həyata keçirdiyi bildirilir. Mahirdən fərqli olaraq Bəşər Əsəd daha dünyəvi şəxs təsiri bağışlayır. O, İrandan daha çox rusiyayönlü siyasətin tərəfdarı hesab edilir.

Comment here