DünyaManşetMANŞETÜSTÜ

İranda hücum nəticəsində 10 hərbçi həlak olub

İranda hücum nəticəsində 10 hərbçi həlak olub

İranda hücum nəticəsində 10 hərbçi həlak olub

Cümə günü axşam saatlarında İranın Kürdistan əyalətinin Marivan bölgəsinin Dari kəndindəki hərbi post terrorçuların hücumuna məruz qalıb.

İran Silahlı Qüvvələrinin Quru Qoşunlarının Həmzə Seyiddüş-Şühəda Qərargahının yaydığı açıqlamada bildirilir ki, inqilaba zidd və terrorçu qüvvələr postun silah-sursat anbarında partlayış törədiblər. Nəticədə İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) 10 hərbçisi həlak olub.

Cavab atəşi ilə bir neçə terrorçu öldürülüb, bəziləri isə yaralanıb. Sağ qalan terrorçular qaçaraq başqa ölkənin ərazisinə keçib. (APA)

Comment here