HadisəManşetMANŞETÜSTÜ

İranda dəhşətli zəlzələ: 232 yaralı

İranda dəhşətli zəlzələ: 232 yaralı

İranın qərbində 6.1 bal gücündə zəlzələ baş verib.

Fakttv.com axar.az-a istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti zəlzələnin episentrinin Kirmanşah vilayətinin Cavanrud şəhərindən 31 kilometr aralıda yerləşdiyini bildirib.

İranın “Mehr” agentliyinin verdiyi məlumata görə, zəlzələ nəticəsində 232 nəfər yaralanıb, 2 nəfər isə həlak olub.

İraqın “Əl-Sumariyə” kanalı zəlzələnin Bağdad, Kərkük, Süleymaniyə, Diyalə, Dahuk, Ərbil və digər şəhərlərdə də hiss olunduğunu bildirib.

Fakttv.com

 

Comment here