DünyaManşetMANŞETÜSTÜ

İran üçün kritik həftə başladı: ABŞ sanksiyaları bərpa etdi və hədələdi

İran üçün kritik həftə başladı: ABŞ sanksiyaları bərpa etdi və hədələdi

İran üçün kritik həftə başladı: ABŞ sanksiyaları bərpa etdi və hədələdi

Bu həftədən etibarən ABŞ İrana qarşı sanksiyaları bərpa edəcək.

Fakttv.com Avropa.info-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın qərarını dövlət katibi Mayk Pompeo açıqlayıb.

Dövlət katibi deyib ki, ABŞ İrana qarşı sanksiyaları daha da sərtləşdirəcək.

Pompeo ABŞ-n İranla danışıqlar masasına oturmağa açıq olduğunu, lakin bunun üçün İranın siyasətində ciddi dəyişiklik edilməsinin vacibliyini bildirib. ABŞ dövlət katibi bəyan edib ki, Donald Trampla dialoqun aparılması üçün İran “böyük dəyişikliklərdən” keçməlidir. Pompeo ABŞ preizdentinin İranın özünü “normal ölkə kimi aparmağa” məcbur etmək niyyəti barədə də danışıb.

İran rəhbərliyini “yarıtmaz aktyorlar” adlandıran Pompeo ABŞ prezidenti Donald Trampın niyyətinin İranı normal bir ölkə kimi görmək istədiyini bəyan edib.

Qeyd edək ki, İranın nüvə proqramının məhdudlaşdırılmasını nəzərdə tutan saziş 2015-ci ildə əldə olunub. Həmin saziş 2016-cı ilin yanvarında qüvvəyə minib.

Comment here