DünyaManşetMANŞETÜSTÜ

İran Suriyadan çəkilir – Rusiya hərbçiləri bölgəyə girir

İran Suriyadan çəkilir – Rusiya hərbçiləri bölgəyə girir

İran Suriyadan çəkilir – Rusiya hərbçiləri bölgəyə girir

Suriya ilə İsrail sərhədində Rusiya hərbçiləri keşik çəkəcək. Bu məqsədlə Rusiya əsgərləri İsraillə Suriya sərhədindəki Colan təpələrində 8 müşahidə məntəqəsi quracaq.

Fakttv.сom Avropa.info-ya istinadən xəbər verir ki, bu barədə “Asharq al-Aswat” qəzeti yazır.

Qəzetin yazdığına görə, Moskva artıq öz hərbi polsini Colan təpələrində 13 km-lik azad olunmuş ərazidə yerləşdirib.

Rusiyanın hərbi polisi bu ərazidə “Hizbullah”ı və Əsəd rejiminin tərəfdarı olan milis qüvvələrini əvəz edir.

Rusiya Baş Qərargahının baş əməliyyat idarəsinin rəisi, ordu generalı Sergey Rudskoy keçirdiyi mətbuat konfransında isə bildirib ki, Rusiya hərbçiləri Colan təpələrində gərginliyin qarşısının alınması məqsədi ilə xidmət edəcək.

O deyib ki, altı illik fasilədən sonra ilk dəfə Rusiya hərbi polisi BMT Sülhməramlıları ilə Colan təpələrində birgə patrul xidmətini həyata keçirəcək.

Rudskoy bildirib ki, təhlükəsizlik məqsədi ilə birgə patrul xidməti 2012-ci ildə dayandırılsa da, yenidən fəaliyyətə başlayacaq: “Colan təpələrində qarşıdurmanın və təhrikin qarşısını almaq məqsədi ilə Rusiya hərbi polisinin 8 müşahidə məntəqəsi fəaliyyət göstərəcək. Bölgədə sabitlik təmin olunduqdan sonra isə həmin məntəqələr Suriya hökumətinə təslim ediləcək”.

Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev də bir müddət əvvəl verdiyi bəyanatda İran hərbi qüvvələrin Colan təpələrindən çəkiləcəyini bildirib.

 

Comment here