ManşetMANŞETÜSTÜSiyasət

İrəvandakı durum və İlham Əliyevin müdrik addımları… – Duqin

İrəvandakı durum və İlham Əliyevin müdrik addımları… – Duqin

Azərbaycan Rusiya ilə münasibətlərini sürətlə sıxlaşdırır.

Fakttv.com axar.az-a istinadən xəbər verir ki, bunu “Moskva-Bakı” portalına müsahibəsində rusiyalı filosof və ideoloq Aleksandr Duqin deyib. Duqin Azərbaycanın Ermənistandakı daxili siyasi gərginlikdən maksimum şəkildə yararlandığını deyib:

“Ermənistanda proseslərin kollaps astanasına çatması fonunda görürük ki, Rusiya-Azərbaycan münasibətlər çox dayanıqlı formada inkişaf edir. Bu istiqamətdə Prezident İlham Əliyev çox müdrik və davamlı addımlar atır. Bakı Moskva ilə yaxınlaşır, yeni horizontlara çıxır. Ermənistanda tufanın qopduğu müddətdə Azərbaycan çox effektli şəkildə mövqelərini möhkəmləndirir və mütəmadi olaraq Rusiyanın Cənubi Qafqazdakı başlıca strateji tərəfdaşına çevrilir”.

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya bugünkü səfərini dəyərləndirən Duqin prezidentlərin hər görüşünün irəliyə doğru atılan addım olduğunu bildirib:

“Azərbaycan Rusiya ilə strateji müttəfiqliyini gücləndirməyə hazırlığını nümayiş etdirir. Bu yolda bizim prezidentlərin hər görüşü, hər Rusiya-Azərbaycan sammiti irəliyə doğru sıçrayışdır. Şəxsən Əliyev və Putin Rusiya və Azərbaycanın strateji müttəfiqliyə doğru yeni yaxınlaşmasının memarlarıdırlar”.

Fakttv.com

 

Comment here