ManşetMANŞETÜSTÜ

İrəvanda qapalı görüş: Lavrov Nalbandyanla Qarabağı müzakirə edib

İrəvanda qapalı görüş: Lavrov Nalbandyanla Qarabağı müzakirə edib

İrəvanda qapalı görüş: Lavrov Nalbandyanla Qarabağı müzakirə edib

Rusiya xarici işlər naziri Sergey Lavrov və erməni həmkarı Edvard Nalbandyan İrəvanda danışıqlar aparırlar.

FAKTTV Avropa.infoya istinadən xəbər verir ki, görüşün mətbuat üçün qapalı formatda keçirildiyi bildirilir. Danışıqlar başlamazdan əvvəl diplomatlar bir-birini salamlayıb, zarafatlaşıb və  foto çəkdiriblər.

Danışıqların gündəminə ikitərəfli əməkdaşlıq, MDB, KTMT və Avrasiya İqtisadi İttifaqı xətti ilə qarşılıqlı xarici əlaqələr, BMT, ATƏT, Avropa Şurası, QDİƏT və digər beynəlxalq forumlarda siyasi mövqelərin koordinasiyası daxildir.

Görüşdə həmçinin regional təhlükəsizlik və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri müzakirə olunub.

Səfər Rusiya-Ermənistan diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümü çərçivəsində keçirilir.

Comment here