ManşetMANŞETÜSTÜ

İrəvanda banka silahlı hücum həyata keçirən polis polkovnikidir

İrəvanda banka silahlı hücum həyata keçirən polis polkovnikidir

İrəvanda banka silahlı hücum həyata keçirən polis polkovnikidir

Ermənistan Polisi bu gün İrəvanda HSBC bankının binasına quldur hücumu həyata keçirən şəxsin yaxalanması barədə məlumat yayıb. Məlumata görə hücumu həyata keçirən polis polkovniki Daniel Danielyandır və o, Yol polisində videomüşahidə kameraları tərəfindən aşkarlanan qayda pozuntularının qeydiyyatı şöbəsinin rəisidir.

Xəbərə görə polkovnik Danielyan bıçaq, qumbara və tüfənglə silahlanaraq banka hücum edib, mühafizə xidmətinin iki əməkdaşını yaralayıb. Onlardan biri ölüb. Cinayətkar bankdan pulları götürüb və hadisə yerini tərk etmək istəyib. Lakin uzağa gedə bilməyib. Əməliyyat qrupu onun gizləndiyi rayonu mühasirəyə alıb, cinayətkar polkovnik müqavimət göstərib və polisi yaralayıb. Lakin onu neytrallaşdırmaq mümkün olub.

Bu, Ermənistanda Nikol Paşinyanın başçılığı ilə başlayan etiraz hərəkatı fonunda ən səs-küylü cinayətdir. Polkovnik Danielyanın bankı soymaq cinayətini planlaşdırarkən Ermənistandakı inqilab fonunda yaranan xaosdan faydalanmaq istədiyi istisna deyil.

*   *   *15:46

HSBC bankının Ermənistanın paytaxtı İrəvan şəhərindəki filialında atışma baş verib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, naməlum şəxslərin açdığı atəş nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.

Digər təfərrüatlar barədə hələlik məlumat verilmir.

İddialara görə, atışma bankı qarət etməyə cəhd göstərilərkən baş verib.

Comment here