ManşetMANŞETÜSTÜ

İrəvan təlaş içindədir

İrəvan təlaş içindədir

İrəvan təlaş içindədirAzərbaycan, Türkiyə və Pakistan müdafiə sənayesi sahəsində birgə müəssisələr yarada bilər. Pakistanın xarici işlər naziri Xavaca Məhəmməd Asif bu barədə Bakıda Azərbaycan, Türkiyə və Pakistan XİN başçılarının ilk üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib. Pakistanlı nazirin təklifi Azərbaycan və Türkiyədə müsbət qarşılanıb.

Bildiyimiz kimi, Azərbaycan hər iki ölkə ilə – Türkiyə və Pakistanla digər sahələrdə olduğu kimi hərbi sahədə də sıx əməkdaşlıq edir. Birgə hərbi müəssisənin yaradılması əlaqələri daha da gücləndirəcək. Bu səbəbdən İrəvan ciddi narahat olmağa başlayıb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc bu təkliflə bağlı AzVision.az-a bildirib ki, islam dövlətləri arasında Pakistan və Türkiyə hərbi imkanlarına görə böyük inkişaf yolu keçib. Bu ölkələrlə əməkdaşlıq Azərbaycan üçün olduqca önəmlidir.

Millət vəkili qeyd edib ki, Pakistan və Türkiyə Azərbaycanın siyasi müstəqilliyini ilk tanıyan dövlət kimi hər zaman ölkəmizə hərbi və siyasi dəstəklərini əsirgəməyiblər:

“Yüksək səviyyədə olan münasibətlər hərbi sənaye kompleksi formalaşdırmaq qərarı ilə müşayiət olunur. Pakistanın hərbi imkanları kifayət qədər güclüdür. Silahlı qüvvələr hər zaman bu ölkənin həyatında önəmli yer tutub. Pakistan bu gün modern silahlara malikdir. Bu baxımdan Pakistan, Türkiyə və Azərbaycan birgə müxtəlif xarakterli silahların hazırlanmasında əhəmiyyətli addımlar ata bilər”.

Comment here