DünyaManşetMANŞETÜSTÜ

İngilis nazirdən şok etiraf: Türkiyə ilə bağlı səhv etdik

İngilis nazirdən şok etiraf: Türkiyə ilə bağlı səhv etdik

İngilis nazirdən şok etiraf: Türkiyə ilə bağlı səhv etdik

İngiltərənin Ətraf Mühit naziri Maykl Qouv ölkəsinin Avropa Birliyindən ayrılması ilə bağlı keçirilən “Breksit seçki kampaniyası” zamanı ultrasağçı səsləri toplamaq üçün ortaya atılan “Türkiyə AB üzvü olacaq” adlı qorxu kampaniyası ilə bağlı səhvə yol verdiklərini etiraf edib.

Bu barədə “Qardian” yazıb.

Breksit zamanı İngiltərənin AB-dən ayrılmasını ən çox dəstəkləyən şəxslərdən hesab olunan Qouv, seçki kampaniyası zamanı Türkiyənin AB-yə üzv olacağı barədə səsləndirilən fikirlərin yanlış olduğunu qeyd edib.

İngilis nazir Breksit kampaniyasında istifadə olanan qorxu kampaniyasının səhv olduğunu vurğulayaraq, Türkiyəni nümunə göstərib.

 

 

 

 

axar.az

Comment here