ManşetMANŞETÜSTÜ

“İnciməyin, heç kimsəni əf etməyəcəyik” – Ərdoğan pulunu xaricə çıxaran biznesmenlərə gözdağı verdi

“İnciməyin, heç kimsəni əf etməyəcəyik” – Ərdoğan pulunu xaricə çıxaran biznesmenlərə gözdağı verdi

“İnciməyin, heç kimsəni əf etməyəcəyik” – Ərdoğan pulunu xaricə çıxaran biznesmenlərə gözdağı verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son günlərdə şirkət və biznesmenlərin ölkədən kapital çıxarması ilə bağlı danışıb.

Avropa.info xəbər verir ki, o, xaricə pul çıxarlarını əfv etməyəcəyini bildirib.

“Son günlər ərzində kimlərsə Türkiyədəki biznesmen və firmaların öz kapitalını xaricə çıxarması ilə bağlı xəbərlər yayır. Ölkə xaricinə pul qaçırmağa cəhdə edənləri, heç kimsə inciməsin, əfv etməyəcəyik. Sözüm ölkə xaricində kapital qoyanlara deyil, xaricə pul çıxaranlar varsa, onlaradır. Belə bir davranışın məqbul izahı ola bilməz. Prezident olaraq şəxsən kimliyinə baxmayaraq, həmişə biznesmenlərə şərait yaratmaq üçün səy göstərdim. Doğru iş üçün hər kəsin yanında oldum, olmağa davam edəcəm. Sadəcə qazanmaq və daha çox qazanmaq istəyən biznesmen daşıdığı məsuliyyətin demək ki, fərqində deyil. Səhv başa düşülməsin, amma burada məsələ qazanmaq deyil, qazandığınla nə etdiyindir”.

Comment here