HadisəMANŞETÜSTÜ

İmişlidə meyiti tapılan kişi meşə sahəsinin rəisi olub – YENİLƏNİB

İmişlidə meyiti tapılan kişi meşə sahəsinin rəisi olub – YENİLƏNİB

 İmişli rayonunda tapılan meyitin şəxsiyyəti müəyyənləşib.

Fakttv.com“Report”-a istinadən xəbər verir ki, bu, əslən rayonun Oruclu kəndindən olub Rəsullu kəndində yaşayan Aslanov Ağabala Əşrəf oğludur.

İlkin məlumata görə, meşə sahəsinin rəisi işləyən A.Aslanov bir müddət olardı ki, ürək xəstəliyindən əziyyət çəkirmiş.

Bundan əvvəl İmişli sakininin iki nəfəri güllələdiyi xəbər verilmişdi.


*** 08:56

İmişli rayonunda kişi meyiti tapılıb.

Səhər saatlarında rayonun Şahverdilər kəndi ərazisində şəxsiyyəti məlum olmayan kişi cəsədi aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Hazırda ərazidə müayinə işləri aparılır.

Faktla bağlı araşdırma aparılır.

Fakttv.com

Comment here