GündəmManşet

“İlham Əliyevi təbrik edəcəyəm” – Prezidentliyə namizəd Razi Nurullayev

“Seçkinin  ilkin nəticələrinə görə, İlham Əliyev yenidən prezident seçilib və mən namizəd olaraq onu təbrik edəcəyəm.”

Bu sözləri Avropa.info-ya açıqlamasında prezidentliyə namizəd, AXCP sədri Razi Nurullayev deyib. Razi Nurullayev bundan sonra da, debatlarda irəli sürdüyü tezislərin həyata keçməsi üçün çalışacağını bildirib.

“Mən debatlarda dediyim barış siyasətini davam etdirəcəm. Ölkədə təkümül yolu ilə islahatların həyata keçrilməsinə çalışacam. Hesab edirəm ki, biz iqtidarla bir masa arxasında oturaraq, ölkə siyasətində bir barış əldə edə bilərik. Seçkinin nəticələrini müzakirə etmək fikirində deyiləm. Seçkinin  ilkin nəticələrinə görə, İlham Əliyev yenidən prezident seçilib və mən namizəd olaraq onu təbrik edəcəyəm” – Razi Nurullayev belə deyib.

Comment here