GündəmManşetMANŞETÜSTÜ

İlham Əliyev Trampa məktub ünvanladı

İlham Əliyev Trampa məktub ünvanladı

Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampa başsağlığı verib.

Fakttv.com-ın xəbərinə görə, dövlət başçısının başsağlığı məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Pittsburq şəhərində sinaqoqa silahlı hücum nəticəsində insan tələfatı barədə xəbər məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Comment here