GündəmManşet

İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev R.S.Qvaladzenin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Rafael Sergeyeviç Qvaladze “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin

Comment here