ManşetMANŞETÜSTÜ

İcra başçısı Vəliyevin güllələnməsinə sevinənlərin olması nədən xəbər verir?

İcra başçısı Vəliyevin güllələnməsinə sevinənlərin olması nədən xəbər verir?

İcra başçısı Vəliyevin güllələnməsinə sevinənlərin olması nədən xəbər verir?Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsi xəbərinə sevinənlərin olması normal və yaxşı hal deyil.

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Fazil Mustafa bəzi insanların E. Vəliyevin güllələnməsi xəbərini sevinclə qarşılamasına münasibət bildirərkən deyib.

“Bir nəfərin addımı digərinin xoşuna gəlməyə bilər”

Millət vəkilinin sözlərinə görə, şəxslər arasında münasibətlər mənfi və ya bir nəfər digərindən narazı ola bilər: “Bir nəfərin addımı digərinin xoşuna gəlməyə də bilər. Bu təbiidir və bunu normal qarşılamaq lazımdır. Ancaq kiminsə dövlət hakimiyyət orqanına qarşı kriminal yolla bu cür addım atmasına müsbət yanaşılması yaxşı hal deyil”.

Məhkəmə nəzarətinin yerini “kriminal ədalət” tutmağa başlayanda

F. Mustafa diqqətə çatdırıb ki, bu cür yanaşma ümumilikdə cəmiyyətdə olan bir deformasiyanın göstəricisidir: “Bu həm də onu göstərir ki, müəyyən dərəcədə məhkəmə nəzarətinin gücləndirilməsinə, məhkəməyə güvənin artırılmasına ehtiyac var. Çünki məhkəmə nəzarətinin yerini “kriminal ədalət” tutmağa başlayanda cəmiyyətdə müəyyən problemlər artıq idarəolunmaz səviyyəyə gəlib çıxır. Ona görə də bu hal xoşagələn hal deyil”.

Ən pis qanunlar dərəbəylikdən daha yaxşıdır

Deputat hesab edir ki, bu, müəyyən dərəcədə ölkədə xaos yaratmaq istəyən qüvvələrin addımı kimi də qiymətləndirilə bilər: “Açığı bunu normal qəbul etmirəm. Hətta hadisənin motivində insanların narazılıq, yaxud hakimiyyətə qarşı münasibətlərinin mənfi olub-olmaması məsələsi də durmur. Sadəcə insanların xaosun yaranmasına sevinməsini anlamaq olmur. Hakimiyyət orqanının təmsilçisinə qarşı cinayət törədilir və ya ona xəsarət yetilirsə, buna xaosa sürükləminin başlanğıcı kimi baxılmalıdır. Xaos isə əslində bütövlükdə insanların özünə xeyirli deyil, hətta ən pis qanunlar belə dərəbəylikdən daha yaxşıdır, ən pis idarəsizlikdən daha faydalıdır. Bu kimi məsələlərdə kifayət qədər kəsərli arqumentlər var”.

Sağlam mühakimə ilə yanaşmaq lazımdır

Hadisəni sevinclə qarşılayanları qınadığını vurğulayan F. Mustafa bildirib ki, bu kimi hadisəni müsbət hal kimi görənlərin yanaşması doğru deyil: “Düşünürəm ki, onlar məsələyə sağlam mühakimə ilə yanaşmırlar. Burada şəxsi nifrətdən çıxış etmək doğru deyil. Burada hakimiyyət orqanı təmsilçisinə törədilən cinayətə münasibət önəmlidir. Bu ikisinin fərqini ciddi şəkildə görmək lazımdır”.

Qeyd edək ki, iyulun 3-ü axşam saatlarında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Cinayəti törədən 1983-cü ildə Gəncə şəhərində anadan olan Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutularaq tərksilah edilib.

Comment here