ManşetMANŞETÜSTÜ

İcbari Tibbi Sığortanın tətbiq olunduğu Yevlax rayon Mərkəzi Xəstəxanasında uşaqlar üçün bayram şənlikliyi təşkil olunub

İcbari Tibbi Sığortanın tətbiq olunduğu Yevlax rayon Mərkəzi Xəstəxanasında uşaqlar üçün bayram şənlikliyi təşkil olunub.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə icbari tibbi sığortanın tətbiq olunduğu pilot ərazilərdən olan Yevlax rayon Mərkəzi Xəstəxanasında bayram şənliyi təşkil edilib. Uşaqları əyləndirmək məqsədilə təşkil olunan tədbirdə Bəşir Səfəroğlu adına “Xalq” teatrının aktyorları maraqlı proqramla çıxış ediblər.
Bayram tədbirlərində Yevlax rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov, Kür qəzetinin baş redaktoru Əminə Yusifqızı, YAP Yevlax rayon təşkilatının sədr müavini Əli Quliyev iştiurak edirdilər. Azər İsmayılov rəhbərlik etdiyi xəstəxanada icbari tibbi sığortanın tətbiqi nəticəsində əldə olunan nailiyyətlərdən danışaraq ilk növbədə uşaqların sağlamlığının dövlətin diqqət mərkəzində olduğunu vurğuladı. Xəstəxana direktoru və qonaqlar Səhiyyə Həmkarlar təşkilatnın təşkiltçılığı ilə stasionarda müalicə alan uşaqları bayram münasibətilə hədiyyələrlə sevindirdilər.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən Yevlax rayonunda əhalinin 27%-ni uşaqlar təşkil edir. İcbari tibbi sığorta tətbiq olunduqdan sonra pilot ərazilərdə yaşayan uşaqlar sığortadan yararlanaraq baza zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz olaraq istifadə edirlər.
Ümumilikdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pilot ərazilərdə rəsmi qeydiyyatda olan və anadangəlmə ürək qüsuru ilə doğulan 8 uşağın əməliyyat olunmasını təmin edib.
Nəzərinizə çatdıraq ki, Agentlik valideynlərə pilot ərazilərdəki mərkəzi xəstəxanalarda yeni doğulmuşlara qulluq zamanı gigiyenik proseduralara riayət olunmasının və ana südünün əhəmiyyəti, körpənin düzgün əmizdirilməsi qaydaları və s. barədə məlumatı özündə əks etdirən “Uşağın sağlamlıq kitabçası”nı paylayır.Marifləndirmə istiqamətində çox ciddi işlər görürlər.Paylaş Fakttv.com

Comment here