Gündəm

İbtidai sinif müəllimləri şagirdlərə özgüvən necə yaratmalı?-Gənc müəllim öz metodundan danışdı-VİDEO

Yazmağı öyrənmək asan deyil, öyrətmək isə daha çətindir.İbtidai sinif müəllimləri təsdiq edərlər ki, tədris etdikləri fənnin ən çətin təlim prosesi yazı işinin təşkili və şagirdlərin yazı bacarığının doğru formalaşdırılmasıdır. Fikrimcə İbtidai sinif müəllimlərinin üzərinə böyük yük düşür.Bəs şagirdlərə yazını,hərfi öyrədərkən özgüvən yaratmağın hansı metodları var?Mövzu ilə əlaqədər məsələyə münasibət bildirən Bakı şəhəri,İlqar Əliyev adına 96 nömrəli tam orta məktəb ibtidai sinif müəllimi,Mehnur-xüsusi təhsil loqopedik və psixoloji reabilitasiya mərkəzi müəllimi Möhsünova Təranə sözlərinə görə, əgər biz müəllimlər uşaqda motivasiyanı artırmaq istəyiriksə,qırmızı qələmlə düzəlişi tamamilə unutmalıyıq.Qırmızı qələm uşaqlarda bir qorxu və özgüvən əskikliyi yaradır ki, bu psixoloji cəhətdən zəif uşaqlarda daha çox təzahür edib. Qırmızı qələmi həm sevdirmək,həm də uşaqlarda motivasiyanın ən gözəl yolu onların öz yazdıqlarını dairəyə alıb onlara özgüvən aşılamaqdır.

Comment here