Hadisə

https://report.az/diger-olkeler/haitide-hebsxanadan-qacmaga-calisan-10-mehbus-oldurulub/

Haitinin paytaxtı Port-o-Prinsin şərqindəki Krua-des-Buket həbsxanasından qaçmağa cəhd göstərən azı on məhbus öldürülüb.

Bu barədə “Huquqaz.com” yerli “Haiti 24” portalına istinadən xəbər verir. Məlumata görə, hadisə zamanı dörd polis əməkdaşı yaralanıb.

Qeyd olunur ki, səkkiz cinayətkar yerindəcə məhv edilib, daha iki məhkum aldığı xəsarətlərdən xəstəxanada ölüb. Məhkumlar qaçmağa cəhd edərkən həbsxananın yeməkxanasını və anbarını yandırıblar.

Hazırda müəssisədə vəziyyət nəzarət altındadır, bir neçə ədəd odlu silah götürülüb.

Comment here