DünyaManşetMANŞETÜSTÜ

Hollandiyalı nazir etiraf etdi: Türkiyə çox cəsarətli və səxavətli siyasət yürüdür

Hollandiyalı nazir etiraf etdi: Türkiyə çox cəsarətli və səxavətli siyasət yürüdür

Hollandiya xarici ticarət və inkişaf əməkdaşlıq naziri Ziqfrid Kaag Türkiyənin suriyalıların təhüləkisizliyini təmin etmək və onlara sahib çıxmaq məsələsində səxavətli bir siyasət həyata keçirdiyini bəyan edib.

Faktt.com Avropa.info-ya istinadən xəbər verir ki, nazir Z. Kaag Hollandiya Parlamenti deputatlarının Türkiyə ilə Avropa İttifaqı arasında (Aİ) 2016-cı ilin martında imzalanan köçkünlərlə bağlı müqaviləyə dair ünvanlanan suala yazılı cavab verib.

Müqavilənin nizamsız köçkün sayının və dənizdə baş verən boğulmaların güclü bir şəkildə azalmasına böyük töhfə verdiyini qeyd edən Kaag deyib ki, Türkiyədəki qaçqınlar üçün Maliyyə Yardımı Proqramının (FRIT) çox sayda bu ölkədəki suriyalı qaçqın uşaqlarının təhsil almasına, ailələrin yerlə və işlə təmin olunmasında ciddi rol oynayıb. Türkiyənin suriyalılara sahib çıxması baxımından səxavətli bir siyasət tətbiq etdiyinə toxunan Kaag deyib ki, ona görə də suriyalılar Aİ ölkələrini deyil şüurlu olaraq Türkiyədə qalmağı seçiblər: “Bu bir daha Türkiyədəki şərtlərin suriyalılar üçün yaxşı olduğunu sübut edir”.

Hollandiyalı nazir hazırda Türkiyədə 3,5 milyon suriyalı qaçqının olduğunu qeyd edərək, bildirib ki, bütün bunlarla yanaşı, Türkiyə başqa köçəri qrupları və çətin vəziyyətdə olan insanları da himayə edir.

Nazir onu da bildirib ki, bu faktlar bir daha Avropa dövlətlərini FRIT vasitəsilə Türkiyəni dəstəkləməyə davam etməyinin vacib olduğunu göstərir.

 

Comment here