CəmiyyətManşetMANŞETÜSTÜ

Heydər Əliyevin xalqa ən böyük Əmanəti- Mirismayıl Xələfli yazır…

Heydər Əliyevin xalqa ən böyük Əmanəti- Mirismayıl Xələfli yazır…

 Heydər Əliyevin xalqa ən böyük Əmanəti- Mirismayıl Xələfli yazır…
Heydər Əliyevin xalqa ən böyük Əmanəti- Mirismayıl Xələfli yazır...Azərbaycan! Tarixin hər keşməkeşli yollarını keçmiş, ən çətin günlərdən alnıaçıq çıxmış böyük Azərbaycan! İtirilmək qorxusunu dəfələrlə dadmış, lakin böyük sevginin və xeyirin şərə qalib gəlməsi ilə yenidən daha gözəl qurulmuş Azərbaycan…

Deyirlər o xalq xoşbəxtdir ki, ən çətin günlərində böyük rəhbəri var . Bizim də xoşbəxtliyimiz, çətin günlərimizdə bizi tək qoymayan, azadlığımızı, müstəqilliyimizi bizə hədiyyə edən, itirilməkdə olan Azərbaycanı azərbaycanlılara qaytaran rəhbərimizin olmasıdır.
Həyatını xalqına, onun firavanlığına həsr edən Dahi rəhbərimiz Heydər Əlirza Oğlu Əliyev azərbaycanlı olduğu ilə daima fəxr etdiyini bildirib. Elə onun “Xalqım!” dediyi müddətdə xalq da “Heydər!” deməsi və bu gün Ölməzliyə yüksəlməsi də əbəs yerə deyil. Taleyüklü Azərbaycanın dərdi onun uzaqgörən siyasəti sayəsində getdikcə azaldı, çiçəkləndi Azərbaycan. Böyüdü onun gəlişi ilə.
Hamımıza məlumdur ki, Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün (21 yanvar, 1990-cı il) Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş, Ali Sovetin sessiyalarında fəal iştirak etmişdir. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.
1993-cü ilə qədər müstəqilliyimiz təhlükə altında qalsa da, həmin ilin iyununda Azərbaycanın dahi oğlu Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsindən sonra bu şübhə aradan qaldırıldı
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər hüquqi dövlət quruculuğu üçün lazım olan siyasi şəraitin formalaşdırılmasına nail oldu. Xalqımız böyük çətiniklərlə qarşılaşmışdı. Cinayətkarlıq, siyasi ziddiyyətlər baş alıb gedirdi, iqtisadiyyat çökmüş, çörək qıtlığı yaranmışdı. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, dövlət müstəqilliyi qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyuldu. Uzaqgörən lider yaxşı bilirdi ki, Azərbaycanı vətəndaş müharibəsindən və başqa təhlükələrdən qurtarmaq üçün Ermənistanın başladığı müharibə tezliklə dayandırılmalıdır. Ona görə də ilk növbədə Ermənistanla atəşkəsə nail olundu, milli müstəqilliyin qarantı olan ordu quruculuğuna başlandı
1994-cü il sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalandı.
Heydər Əliyevin prezidentliyi zamanında milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı. Təcavüzkar silahlı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi və 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.
1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının ləğv olunması, “Bələdiyyə seçkiləri haqqında qanun”un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır
Heydər Əliyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Heydər Əliyevin xalqa ən böyük Əmanəti- Mirismayıl Xələfli yazır...
Heydər Əliyev 15 may 2001-ci il tarixli fərmanı ilə EA-ya Azərbaycan Milli Elmlər Akademiyası statusu vermiş, beləliklə bu nəhəng elm təşkilatının Azərbaycan xalqı qarşısındakı xidmətlərini və akademik elmin ölkənin inkişafının əsas təminatçılarından olduğu faktını bir daha yüksək səviyyədə təsdiqləmişdir. Heydər Əlyevin təşəbbüsü, bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9-10-da Dünya Azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli tarixi qərarlar qəbul etmişdir.
2003-cü ilin prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmiş və öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürmüşdü.
Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend Klinikasında (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunmuşdur.
Heydər Əliyevin xalqa ən böyük Əmanəti- Mirismayıl Xələfli yazır...
Bəli, fəxrlə demək lazımdır ki, müstəqil Azərbaycan dövləti Ulu Öndərimizin şah əsəridir. Heydər Əliyev dəfələrlə bəyan etmişdir ki, bütün varlığı ilə Vətəninə və xalqına qırılmaz tellərlə bağlıdır: Ömrünün son günlərində belə Azərbaycanı kimə etibar edəcəyi barədə narahatlıq keçirib öndərimiz. Böyük çətinliklə qurub yaratdığı Azərbaaycanı və ona arxalanan minlərlə insanın gələcək taleyinin etibarlı əllərdə olması ömrünün son anlarında da ən böyük istəyinə çevrilmişdiş Amma o yanılmadı.Xalqına növbəti hədiyyə bəxş etdi- Ulu Öndərin siyasi kursu onun layiqli davamçısı, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi.
Bəli, Ən başlıcası Heydər Əliyev irsi, dahi rəhbərin ölməz ideyaları insanların şüuruna möhkəm həkk edilib. Bu gün hər birimiz yaxşı bilirik ki, Azərbaycan bütün sahələrdə inkişaf edir, beynəlxalq layihələrin iştirakçısıdır, möhkəm siyasi və hüquqi dövlətçilik strategiyasına malikdir.
2016-cı ildə Aprel qələbəmiz, ordumuzun imza atdığı qəhrəmanlıq nümunəsi də məhz əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu strategiyasının müasir dövrdə uğurla inkişaf etdirildiyini sübuta yetirdi. Dahi rəhbərin sönməz ideyaları daim qəlbimzdə yaşayır və yaşayacaqdır.
Heydər Əliyevin xalqa ən böyük Əmanəti- Mirismayıl Xələfli yazır...
Mirismayıl XələfliFakttv.com

Comment here