Hadisə

“Harınlamış Əhəd Abıyev məni döydü” – ŞOK İDDİA //VİDEO

“Harınlamış məmurlar”

Axır vaxtlar bu ifadəni tez-tez eşidirik.

DogruXeber.az: – Özü də məmurların bezar etdikləri, sözün əsl mənasında saymadıqları narazı vətəndaşların dilindən.

Hansı ki, o məmurlar Prezident tərəfindən xalqa xidmət etmək üçün vəzifəyə təyin olunublar. Bunlara əsasən aiddir ilk növbədə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev, İcra Hakimiyyəti başçıları, Polis bölmə rəisləri, hətta dini, “Tanrı”sı pul olan məhkəmə hakimləri və sair…

Çox təəssüflər olsun ki, saymaqla bitmir.

Hazırkı mövzumuz İcra başçısı haqqında olduğu üçün indi yalnız onlardan danışacağıq. Digərləri haqqında mövzulara isə mərhələli şəkildə faktlara əsasən toxunacağıq.

Prezidentin yerlərdəki nümayəndələri olan İcra Hakimiyyəti başçılarının əksəriyyəti özlərini idarəçiliklərində olan ərazinin “Hökmdar”ı hesab edirlər. Ona görə də ərazi sakinləri üzərində öz hökmlərini yürütməyə çalışırlar. Hətta, fəaliyyətlərindən və vətəndaşlara qarşı davranışlarından açıq-aydın görünür ki, əhalini öz prinsipləri ilə idarə etmək, daha doğrusu ümumiyyətlə robot kimi proqramlaşdırıb, “səssiz rejimdə” şəxsi maraqları üçün qul əvəzi işlətmək məqsədi güdürlər.

Demək belə.

Bəzi harınlamış məmurlar hələ də o qədərini düşünməyə qadir deyillər ki, “kasıbın da Allahı var”. İnsan beynini inkişaf etdirdiyi kimi, 21-ci əsri texnologiya əsri etməsi də bəlkə də Tanrının sadə vətəndaşlara mərhəmətidir.

Əvvəllər məmurların etdiyi zülümləri kimsə bilmirdi, daha doğrusu bildirmək imkanı olmadığı üçün hamı “içində çəkməyə” məcbur idi.

İndi maşallah sosial şəbəkələr, sosial medialar var. Hansı ki, hər gün orda məmur özbaşınalıqlarından biri-birindən dəhşətli məlumatlar paylaşılır.

Bu günlərdə də sosial mediada sözün əsl mənasında daha bir dəhşətin şahidi olduq.

Daşkəsən rayon Dəstəfur kənd sakini, şəhid Şıxıyev Orxan Raqif oğlunun anası jurnalistlər qarşısında iddia edir ki, “İcra başçısı məni dəfələrlə döyüb. Harınlamış İcra başçısı Əhəd Abıyev mənə göz verib, işıq vermir. 2020-ci ilin noyabr ayının 1-də mənim oğlum şəhid olub. Gecəylə bir serjant gətirib qapıma qoyub getdi. Nə İcra başçısı Əhəd Abıyev, nə müavinləri, nə kəndimizin bələdiyyəsi, nə İcra nümayəndəsi Cəfərova Lalə Rafael qızı mənim oğlumun yas mərasimində gəlib iştirak etmədilər. Başsağlığı belə vermədilər.
Hələ Lalə Cəfərova mənə deyir “elə eləmə oğlunun şəhidlik statusunu əlindən alım”.

Deyir: “nə qədər ki, Əhəd Abıyev bu rayonda İcra başçısıdır, mən evimdə oturub aylıq maaşımı alacam.”

9 aydır Lalə Cəfərovanın yerinə Ayaz adlı bir şəxs işləyir. Lalənin qardaşı arvadı Gəncədə oturub, kəndimizdəki bağçaya direktorluq edir, diplomu olmayan bacısı həmin bağçada müəllimə işləyir. 3 oğul anası olan, evində gələcəyin 3 əsgərini böyüdən qızımı isə bir işlə təmin etmirlər. Bütün vəzifələr Lalə Cəfərovanın komandasına, qohumlarına bölüşdürülüb.

Mən Lalə Cəfərovadan Əhəd Abıyevə şikayətə getdim, Əhəd Abıyev yanvar ayının 6-sı günü Lalədən şikayət etdiyimə görə məni döydü. Prezident aparatına şikayətə getdim, orda da Arif müəllim var kuratır, o mənə imkan vermədi kiməsə sözümü deyim. Məni ordan qovdu. Bu harınlamış məmurların əlindən cana doymuşam”.

Yeri gəlmişkən onu da qeyd edək ki, Əhəd Abıyev haqqında bu kimi narazılıqlar nə ilkdir, (Abıyev hələ İcra başçısı işləməyə davam etdiyi müddətcə) nə də ki, son.

Az müddət əvvəl mediada Ə. Abıyevin öz hüquqşünası ilə əlbir olub Qarabağ qazisinin 20.000 (iyirmi min) manat pulunu mənimsəməsi faktı da onun vəzifəsini hansı formada icra etdiyini ortaya çıxarmışdı.

Əslində çox xanımın söylədiklərini təkrar yazıb sizi yormaq istəmirik. Onsuz da yuxarıdakı linkdə özünüz xanımın dilindən ətraflı dinləmisiniz.

Amma, ananın söylədikləri bizi o qədər həm təəccübləndirdi, həm də hiddətləndirdi ki, özümüzdən biixtiyar bir qismini qələmə aldıq.

Daşkəsən rayonunun Dəstəfur kəndindən olan şəhid anası atıq media vasitəsilə adlarını çəkdiyi məmurlar barəsində bir ölçü götürülməsi üçün Prezidentdən kömək istəyir.

P.S: Qarşı tərəfin də mövqeyini öyrənmək məqsədilə Daşkəsən rayonunun İcra Hakimiyyətinin rəsmi internet səhifəsində qeyd olunan telefon nömrələri vasitəsilə əlaqə saxlamağa çalışdıq. Lakin, iş saatı olmasına baxmayaraq, idarədə dəstəyi qaldıran olmadı.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Comment here