ManşetMANŞETÜSTÜ

Habil Vəliyev barəsində cinayət işi məhkəməyə göndərilib

Habil Vəliyev barəsində cinayət işi məhkəməyə göndərilib

Habil Vəliyev barəsində cinayət işi məhkəməyə göndərilib

Milli Təhlükəsizlik Nazirliyi ləğv edildikdən sonra Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs edilən və reket fəaliyyətində ittiham olunan “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov məlumat verib.

H.Vəliyev ümumi olaraq 12 epizod üzrə ittiham edilir. Zərərçəkənlərdən biri isə “Karona” LTD şirkətinin direktoru Ramil Quliyevdir. Habil Vəliyev ona hədə-qorxu gələrək pul tələb etdiyinə görə Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə ittiham verilib.

A. Məmmədov isə cinayət işinə şahid kimi cəlb olunub.

Qeyd edək ki, Adəm Məmmədov həmin zaman R.Quliyevin vəkili olub.

Murad Əhməd

Comment here